Yayda qulaq sağlamlığını qorumaq üçün 4 SUPER TƏKLİF

  • 2019.07.02 15:52
  • 5165 Baxış
Yayda qulaq sağlamlığını qorumaq üçün  4 SUPER TƏKLİF

Yay fəslinin isti günlərindən qaçmaq üçün sərin hovuz və ya dəniz ən əlverişli seçimdir. Lakin bəzən tətilimiz burnumuzdan gələ bilir. Belə ki, qulaq infeksiyası olma ehtimalı və qulağın içinə düşən su tıxanmaya şərait yaradır. Nəticədə orta qulaq iltihabı yaranır. Adətən qulaq kanalındakı problemlərə erkən müdaxilə edildikdə müsbət, gecikmiş olduğu halda isə mənfi nəticə olur. Xroniki qulaq xəstəlikləri olan inşalar və təzyiq problemi olan insanlar isti aylarda daha diqqətli olmalıdırlar. Türkiyəli həkim Oğuz Yılmaz isti havalarda sıx-sıx müşahidə edilən qulaq infeksiyaları barədə geniş açıqlama verib.

 

Medicina.az-ın xəbərinə görə, həkim deyib ki, yayda xarici qulaq yolu iltihabı geniş vüsət alır. Bunun ən vacib səbəbi tez-tez duş almaq, hovuzda və dənizdə çox vaxt keçirməkdir. Xarici qulaq yolu dar olduğu üçün tez tıxanmaya meyillidir. Ona görə də qulağı təmiz qurulamaq lazımdır. Nəm qalsa, infeksiyaya şərəait yaradar. Nəmli qalan qulaqda eyni zamanda iltihab da meydana gəlir. Xüsusi ilə elə insanlar var ki, qulaq yolu kanalları anadangəlmə dardır. O insanların daha ehtiyatlı olması zəruridir.

 


 

Ən önəmli əlamət: qulaqda qaşıntı

 

Xarici qulaq infeksiyasının ilkin əlaməti qaşıntıdır. Əvvələr az-az başlayan qaşınma daha sonra getdikcə artar. Müəyyən zaman intervalı keçdikdən sonra xarici qulaq yolunda şişkinlik, axıntı, tıxanma, eşitmədə azalma və şiddətli ağrı başlayır. Pasiyentlər bəzən bu ağrılara görə çənə hərəkətlərində çətinlik çəkirlər. Qoca, şəkər xəstəsi, immun sistemi zəif olanlarda infeksiya irəliləyərək "Malign otitis eksterna” adı verilən sümük iltihabı ilə nəticələnə bilər. Bu simptomların müşajhidə edildiyi andan etibarən vaxt itimədən qulaq, burun, boğaz həkiminə getmək lazımdır.


 


 

Qulaq sağlamlığınızı qorumaq üçün...

•    Hovuz və ya dənizdə çimdikdən sonra qulağınızı dəsmalla qurulayın. Əsla nəm qoymayın. Təmizləmə ərəfəsində qulağınızı çox qurcalamayın. Belə olan halda qulaq yolunu zədələyə bilərsiniz.

 

 

•     Təmizliyinə əmin olduğunuz dəniz və ya hovuza gedin. Çirkli suya girməyin.

 

 

•    Hovuz suyundakı xlorun miqdarı xəstəliyə yoluxmada mühüm amildir. Belə ki,  xlorlu su qulaqda qalanda infeksiya üçün münbit şərait yaradır.

 

 

•    Suya baş vurduğunuz zaman ağrı hiss etsəniz, dərhal suyun üzərinə çıxın.

 

 

Müalicə müddətində su ilə təmasda olmaq olmaz! Müalicə ərəfəsində tez-tez həkim müayinəsində olun.  Lazımı tibbi təmizlik, və yoxlamalar vaxtlı-vaxtında aparılmalıdır. Ümumilikdə isə istənilən qulaq xəstəliklərində mütləq peşəkar həkimə müraciət etmək lazımdır.

 

Ayna Məmmədova

Medicina.az

 

Yayda qulaq sağlamlığını qorumaq üçün  4 SUPER TƏKLİF
Yayda qulaq sağlamlığını qorumaq üçün  4 SUPER TƏKLİF
Yayda qulaq sağlamlığını qorumaq üçün  4 SUPER TƏKLİF