Yer üzündə yeni epidemiya başlayır: TƏNHALIQ – İnsanlar niyə təkliyi seçir?

  • 29 İyun, 2019
  • 5708 Baxış
Yer üzündə yeni epidemiya başlayır: TƏNHALIQ – İnsanlar niyə təkliyi seçir?

Tibbi ekspertlər yer üzündə virus kimi yayılan yeni epidemiya barədə xəbərdarlıq siqnalı verir: bu sosial təcrid, tənhalıq, təklikdir.
İnsanlar getdikcə daha çox cəmiyyətdən ayrılır, ailədə olsa belə tənhalaşır və bu virus kimi daha çox gənci, yeniyetməni, orta yaşlı insanı cənginə alır.

Medicina.az xəbər verir ki, mobil texnologiya inkişaf etsə də, insanlar bir düymə ilə özlərinə həmsöhbət, dost tapsalar da, bu inkişaf sosial təcridi artırıb, insanları daha çox tənhalığa məhkum edib.

Hazırda bütün sosial şəbəkələrdə olan, evi, ailəsi olan insanlar arasında özünü tək, tənha hesab edənlərin sayı artır.
Məlum olub ki, facebook, instagramda aktiv ünsiyyət qurmaq canlı ünsiyyəti və sosial adaptasiyanı əvəz etmir, bu adamlar sosial şəbəkələrdə nə qədər deyib-gülən olsalar da real həyatda bir o qədər qaraqabaq və depressiv olurlar.

İngiltərədə artıq Tənhalıq Nazirliyi yaradılıb və tənhalıqdan əziyyət çəkən insanları araşdırıb, problemləri ilə məşğul olurlar.
Alimlər 3 milyon insan üzərində apardıqları analizlərlə sübut etdilər ki, tənhalıq insan həyatı və sağlamlığı üçün riskdir, ömrü qısaldır, xəstəlikləri artırır və xərçəngə bərabər təsirə malikdir. 

Harvard universitetinin əməkdaşları 2004-2008-ci illərdə 2milyon  onkoloji diaqnoz qoyulmuş pasiyenti əhatə edən araşdırmalarının nəticələrini dərc ediblər.
Məlum olmuşdur ki,  cüt olan xəstələr, yəni əri, arvadı, sevgilisi olanlar 20% daha az ölüm riski daşıyırdılar. Tənha xəstələr isə daha tez ölürdülər. Alimlər hesab edir ki, əziz adamın, xüsusən ər, arvad, övlad, sevgilinin bu xəstəlik zamanı dəstəyi kimyaterapiyanın effektini artırır. 
Digər xəstələr üzərində də bu kimi tədqaiqatlar aparılıb. Alimlər bildirir ki, isti, etibarlı, doğma münasibətlərin olmaması insanın səhhətində çoxsaylı problemlərin səbəbidir.

Özünü sevdiklərindən, ailəsindən məcburi və ya istəmədən təcrid edən insanlar daha çox alkoqol, siqaret, zərərli qida qəbul edir, aktiv həyat sürmür, başqalarının problemlərini həl etmədiklərindən daim özlərində problem axtarır, ürək-beyin xəstəlikləri başlayır, depressiya, psixoz, apatiya artır.
Canlıların orqanizmi tənhalığa hesablanmayıb. Canlı təbiət, o cümlədən insan orqanizmi sistem şəklində evolyusiya edir. 

Güzgü effektli neyronlar

Sosial neyrobiologiya adlı dəbdə olan elm deyir ki, insanlar özlərinə təcrid olunmuş orqanizm kimi yox, bir-biri ilə digər canlı orqanizmlərlə əvvəldə bağlı olan böyük neyron şəbəkəsi kimi baxmalıdır. Bizim beynimiz var, amma biz böyük bir beyinə bağlıyıq. Bu beyində minlərlə insanın beyni birləşib. 
Hər bir insan hansısa sigər insanla ünsiyyətə bağlıdır.
 
Məsələn, siz yad bir adamı küçədə 10-15 dəqiqə sakitcə izləsəniz, onun hiss, emosiya, hətta yaşam tərzini az da olsa təsəvvür edə bilərsiniz. Məsələn birinin yanınızda ağlaması sizi də təsirləndirə bilər. Halbuki sizdə ağlamağa səbəb yoxdur. Deməli sizin neyronlarınız onun beyninin neyronları ilə ünsiyyətdədir.  Buna güzgü neyronlar deyilir. Əks olunur, əks etdirir. Meymunlar üzərində aparılan təcrübə də göstərib ki, bir meymun bir hərəkəti etdikdə, digər meymunlar da onu təkrarlayıb. 
 


Tənhalıqdan xilas yolları

Alimlər bu hərəkətlər, əməllər siyahısını təqdim edir:

1.1 saat vaxt ayırıb, gün, ay ərzində şəxsən canlı ünsiyyətdə, münasibətdə olduğunuz adamların siyahısını tutun. Bu adamlar neçə nəfərdir, neçəsi doğmadır, hansılar uzaqdır, bu adamlarla ünsiyyət sizə nə verir.
Daha sonra bu siyahını artırmaq barədə düşünün. Kİmləri bura daxil etmək istərdiniz.

2.Əgər facebokda aktiv qruplarda gününüz keçirsə, orda bir gün toplanmaq və canlı tanışlıq görüşləri keçirin. Düzdür, 100 nəfərdən 10u gələcək, amma bu sizi virtual tanıdığınız insanlarla canlı ünsiyyətə gətirəcək və həyatınıza yenilik bəxş edəcək

3.Hər axşam özünüzə hesabat verin, daxilinizdə, özünüzlə baş –başa qalanda daha çox hansı mövzuda konflikt hiss edirsiz, daxilinzdə nə baş verir. Xırda problemlərə vaxtında əhəmiyyət verməyib keçəcək deyəndə, o böyüyüb sizi udacaq

4.Mqəsədlərinizi təyin edəndə tək hərəkət planı cızmayın. Orda xəyallarda mütləq yanınızda kimsə olsun. 

5.İnsanlarla emosional bağlılıq qurun. İmkan yaradın kimsə sizə dərdini saatlarla danışsın, ya kimsə qeynət etsin, ya digəri sevincini bölüşsün. Siz sadəcə dinləyici olun və onun emosiyalarına qapılın.

Əgər tənhalıq sizə güc gəlirsə, depressiya və həyatdan getmək barədə düşüncələr arada-sırada gəlib gedirsə, sizə təcili olaraq kimləsə danışmaq lazımdır. Bütün bu hissləri, fikirləri bir adama bölüşməlisiz. Alimlər bildirir ki, sadəcə gəl danışaq metodikası insanı həmin fikirlərdən azı 1-2 il uzaqlaşdırır.