Yuxudan duranda su içsəniz... - İNANILMAZ FAYDALARI

  • 2017.10.30 14:49
  • 38524 Baxış
Yuxudan duranda su içsəniz... -  İNANILMAZ FAYDALARI
Yaponiya alimləri maraqlı tədqiqat apararaq yeni unikal təklif irəli sürüblər.

 

Medicina.az publika.az-a istinadən bildirir ki, tədqiqatçılar qastrit, yüksək qan təzyiqi, şəkərli diabeti, vərəm və qarın sıxılmasından əziyyət çəkən 1000 nəfər arasında 3 ay boyunca ciddi rejimli iş apararaq, nəticəni "KEITO DAMA” dərgisində nəşr ediblər.


Müalicənin sadə üsulu bütün dünya mediasında marağ doğurub. Bütün faktlarla yanaşı, onların məsləhətlərinə qeyri-ixtiyari də qulaq asmağa dəyir, axı yaponlar öz uzun ömurlükləri və sağlamlıqları ilə məşhurdurlar.


Müalicə üsulu həqiqətən çox sadədir: hər səhər yuxudan oyandıqdan dərhal sonra, ac mədəyə çiy su içmək lazımdır. Bu üsul bir çox xəstəliklərin müalicəsi üçün son dərəcə effektiv hesab edilib. Onlardan baş ağrıları, mədə problemləri, ürək xəstəlikləri və s. misal çəkmək olar. Həmçinin acqarına suyun qəbulu arıqlamağa da imkan yaradır ki, bu da, suyun boş mədəyə qəbulunun maddələr mübadiləsinin yaxşılaşdıra bilməsi səbəbindəndir.

 


Yapon alimlərinin məsləhətinə görə, suyu dişləri təmizləməzdən əvvəl 200 ml olmaqla 3 stəkan içmək lazımdır.


Bundan sonra dişləri təmizləmək və adət edilmiş səhər ətalətilə məşğul olmaq olar, amma ilk qida qəbulunu yalnız 45 dəqiqə sonra etmək lazımdır.

Əvvəlcə belə rejimə öyrəşmək çətin olacaq, bu baxımdan suyun miqdarını 1 stəkandan başlamaq, tədricən artıraraq 3 stəkana çatdırmaq olar.

Zamanla siz şahidi olacaqsınız ki, əhvalınız nə qədər yaxşılaşır və naxoşluq aradan qalxmağa başlayır. Bu təəccüblü deyil, axı acqarına su qəbulu orqanizmin bütün proseslərini işə salır, ümumi tonusu yüksəldir və orqanizmi təmizləməyə kömək edir.


Tədqiqatın nəticəsi olaraq, bu üsulun yuxarıda adıkeçən xəstəlikləri hansı zaman kəsiyində aradan qaldırmağa qadir olması ilə bağlı nümunələr belə olub:


Qastrit – 10 gün


Qarın sıxılması – 10 gün


Yüksəlmiş qan təzyiqi – 30 gün


Şəkərli diabeti – 30 gün


Vərəm – 90 gün


Belə üsul yalnız mövcud xəstəliklərin müalicəsi üçün deyil, həm də onların yaranmasının profilaktikası kimi də effektiv sayılır.

 

Həmçinin, qeyd etməyə dəyər ki, artritin müalicəsi üçün də təklif olunan müalicə üsulundan istifadə etmək olar. Bu zaman 1 həftə müalicə, 1 həftə fasilə olmaqla 3 mərhələli kurs seçilməlidir.


Suyun dadını yaxşılaşdırmaq üçün, az miqdarda bal və ya limon şirəsi əlavə etmək olar. Amma bu halda hər kəs diqqət etməlidir ki onun orqanizmində bu kimi ərzaqlara qarşı allergik reaksiyalar olmasın.