2 milyard insan Sibir xorası təhlükəsi ilə yanaşıdır – Yoluxma riski artır

  • 21 May, 2019
  • 1809 Baxış
2 milyard insan Sibir xorası  təhlükəsi ilə yanaşıdır – Yoluxma riski artır
Yer üzündə 2 milyard insan Sibir xorası ilə demək olar ki, yan-yana yaşayır. Ətraf mühitin ekoloji qanunlarının pozulması bu xəstəliyin əhatə etdiyi regionları genişləndirir.

Medicina.az xəbər verir ki, bunu ABŞ ekoloqları bildirib.
Sibir xorası xəstəliyi Bacillus anthracis bakteriyası tərəfindən törədilir. Xəstəlik bitki köklərində olur. Mal-qara bu bitkiləri yedikdə infeksiyaya yoluxur və  bundan sonra insanlar üçün də təhlükəli olur. 

Hazırda xəstəlik 70 ölkədə qığılcımlanır. 
Daha çox Avropa, Asiya və Afrika ölkələrinin əhalisi yoluxma riski altındadır. 
Xəstə heyvanlarla təmas bu yoluxmanı sürətləndirir. 

Hazırda 1,1 milyard baş iribuynuzlu heyvanda, 294 milyon donuzda, 211 milyon keçidə, eləcə də buyvonlarda təhlükə var. 
Əksər heyvanlar sibir xorasından peyvənd olunmayıb. 

Peyvəndləmə dünya üzrə 1-2 % Asiya və Avrikanın, 80-90% Avropanın payına düşür

Xəstəlik daha çox dəridə özünü göstərir, daha sonra mədə-bağırsaq sistemini pozur. Əlamətləri bruselyozla oxşardır. 
Rəsmi olaraq, hər il 2000-dən 20.000 nəfərədək insan bu xəstəliklə qeydə alınıb.