Kişinin cinsiyyət orqanı daşa dönüb – Nadir uroloji diaqnoz

  • 13 Avq 2019 16:16
  • 8748 Baxış
Kişinin cinsiyyət orqanı daşa dönüb –  Nadir uroloji diaqnoz
Tibdə gözlənilməz kəşf Nyu-Yorkda 63 yaşlı kişinin dizindəki ağrılar səbəbi ilə xəstəxanaya müraciətindən sonra edilib.

Həkimləri və uroloqları şoka salan nadir kliniki hadisə Linkoln Xəstəxanasında qeydə alınıb.


Medicina.az xəbər verir ki, 63 yaşlı kişi içkili vəziyyətdə küçədə yıxılaraq dizindən zədə alır. O, ağrılara görə yaxınlıqdakı tibbi mərkəzə müraciət edir. Həkimlər kişinin bütünlükdə aşağı çanaq hissəsini rentgen edirlər.


Rentgendə kişinijn penisi boyu daşlaşmış, sümükləşmiş toxuma görünür. 

Kişiyə bu barədə məlumat verən və növbəti müayinə və müalicələr təklif edən həkimlərə kişi qulaq asmayaraq, xəstəxananı tərk etmiş və onu sonradan tapmaq mümkün olmamışdır.


Uroloqlar bildirir ki, bu vaxta kimi tibb tarixində daşlaşmış orqan hadisəsi 40 dəfə rast gəlinib və 100 ildə bir görülür. Çox güman ki, kişidə Peyironi xəstəliyi başlayıb, cinsi orqan toxuması fibroz bərkiyir. Bu xəstəlik penis toxumasında duz və kalsium qalıqlarının toplanması nəticəsində baş verir.