45 yaşlı kişi dərmandan zəhərlənib öldü

  • 12 Sentyabr, 2019
  • 1118 Baxış
45 yaşlı kişi dərmandan zəhərlənib öldü
Şəkidə 45 yaşlı kişi dərman zəhərlənməsindən ölüb.

Medicina.az xəbər verir ki, sentyabrın 11-dən 12-nə keçən gecə rayonun Aşağı Göynük kənd sakini, 1974-cü il təvəllüdlü Habil Əsgər oğlu Abdulkərimov dərman zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

Aparılan bütün tibbi yardımlara baxmayaraq, H.Abdulkərimov səhər saatlarında orada keçinib.

Faktla bağlı araşdırma aparılır.
(apa)