47 yaşlı kişidə xərçəng tapıldı, ağciyərindən oyuncaq çıxdı – Tibdə kuryoz

  • 25 İyun, 2019
  • 5999 Baxış
47 yaşlı kişidə xərçəng tapıldı, ağciyərindən oyuncaq çıxdı – Tibdə kuryoz

47 yaşlı kişidə ağciyərlərin bronxogen karsinoması aşkarlandıqda, həkimlər ona əməliyyat təyin edir. Lakin Böyük Britaniyada cərrah Muhammed Munavvar xəstəni əməliyyat edərkən, qəribə mənzərə ilə rastlaşıb.

Medicina.az xəbər verir ki, şişin çıxarılması zamanı ağciyərdə ilişib qalmış konus formasında oyuncaq aşkarlanıb. Sonradan pasiyent xatırlayıb ki, plasmas oyuncağı o 1974-cü ildə udubmuş. 40 il idi ki, o oyuncaq ağciyərin sağ payında ilişib qalmış,ətrafı toxuma ilə örtülmüşdü. 

Xroniki öskürək, boğulma və pnevmoniya şikayətləri ilə xəstəxanada KT müayinədən keçən kişidə şiş diaqnozu qoyulub. 
Əməliyyatdan 4 ay sonra öskürək tamamilə itmiş, rentgendə isə yüngül infeksiya əlaməti aşkarlandı. 

Qeyd edək ki, uşaqlar körpəlikdə hər hansı predmet, oyuncaq hissəsi udduqda yad cisim ağciyər və bronxların elə hissəsində ilişib özünə yer edir ki, ya düzgün müayinə olunmur, ya da şikayət vermədiyindən uzun illər heç bir narahatçılıq yaratmır. 

Dünya tibbində daxili orqanlarında oyuncaq 20-30 il sonra aşkarlanan 3 belə pasiyent olub.