Abşeronda məktəbli qız intihara cəhd edib - Xəstəxanadadır

  • 20 May, 2019
  • 3032 Baxış
Abşeronda məktəbli qız intihara cəhd edib - Xəstəxanadadır

Abşeronda intihara cəhd olub.

Medicina.az xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini A.Soltanova çoxlu sayda dərman içib. O, dərhal xəstəxanaya yerləşdirilib.

İntihara cəhd edən A.Soltanova 2 saylı Saray qəsəbə tam orta məktəbinin şagirdidir.

Faktla bağlı araşdırma aparılır.