Aktyor Rəhman Rəhmanovun ayaqları tutulub - Diabetik neyropatiya nədir?

  • 2019.05.10 15:24
  • 8687 Baxış
Aktyor Rəhman Rəhmanovun ayaqları tutulub -  Diabetik neyropatiya nədir?

Əməkdar artist Rəhman Rəhmanovun səhhətində problemlər yaranıb. 

 

Medicina.az xəbər verir ki, tanınmış aktyorun ayaqlarındakı problemlər kəskinləşərək, tutulmasına səbəb olub. 

 

Aktyorun saytımıza açıqlamasına görə, 7 ildir bu problemlərdən əziyyət çəkib, müalicələr alıb. Diabet xəstəsi olduğu üçün ayaqlarında damar və sinir tutulmaları var. Son vaxtlar səhhətinə diqqət yetirmədiyindən, ayaqlardakı problem özünü göstərdi. 

 

Rəhman Rəhmanov hələ ki, xəstəxanaya getməkdən imtina edərək, evdə müalicə alır.


Diabetik neyropatiya diabet xəstələrinin illər sonra rastlaşdığı ciddi problem olub, ayaqlarda qan dövranı pozulması, qıcolmalar, sinir keçiriciliyinin azalması, sağalmayan yaralar, ağır halda isə qanqrenaya səbəb olur. 


Xatırladaq ki, xalq artisti Ramiz Əzizbəyli də diabet xəstəsi olduğundan ayaqlarında diabetik pəncə sindromundan əziyyət çəkir. 

 




Aktyor Rəhman Rəhmanovun ayaqları tutulub -  Diabetik neyropatiya nədir?