Amerika alimləri sudan kərə yağı düzəltdi – KƏŞF

  • 23 Avqust, 2019
  • 2950 Baxış
Amerika alimləri sudan kərə yağı düzəltdi – KƏŞF

Sudan kərə yağına analoq olan bu yağda süni stabilizatorlar yoxdur, təbii kərə yağından az kalorilidir.

Medicina.az xəbər verir ki, Kornell universitetinin alimləri Nyu-Yorkda əsas tərkibi sudan ibarət olan az yağlı kərə yağı analoqunu təhvil verib.
Kimyaçılar suya bitki yağı və süd yağı emulsiyası qataraq, kərə yağına bənzər yağ əldə etməyin sirrini açıb. 

Bir xörək qaşığı belə yağda 2,8 qr yağ, 25,2 kkal enerji var. 

Dadı ilə görünüşü kərədən fərqlənməyən yağı yaxın gələcəkdə vitamin və aromatizatorlarla zənginləşdirəcəklər. Alimlər bildirir ki, bu sudan alənan tamam yeni formullu məhsuldur.