Amerika məşhur təzyiq dərmanı Lozartana qadağa qoyur – Tərkibində kanserogen maddə aşkarlandı

  • 2019.07.01 19:34
  • 12132 Baxış
Amerika məşhur təzyiq dərmanı Lozartana qadağa qoyur –  Tərkibində kanserogen maddə aşkarlandı
ABŞ təzyiq salan dərmanı dövriyyədən çıxarır. 


Səbəb tərkibindəki birləşmənin insan orqanizminə kanserogen təsir göstərməsi, yəni şiş yarada bilməsidir.


Medicina.az xəbər verir ki, ştatlarda hökümət  dərmanın tərkibində NMBA (nitroz metil aminoyağ turşusu) birləşməsinin təhlükəli həddə olması aşlarlanıb. Macleods farmaseptik şirkətin istehsal etdiyi Lozartan tabletləri də təhlükəli dərmanlar siyahısına daxil edildi. 


Amerikan ekspertlər bununla belə bu dərmanı hər gün qəbul edən xəstələrə preparatdan qəfil imtina etməməyə çağırıb, təhlükəsiz alternativ dərman tapana kimi davam etmələrini tövsiyyə edib.


Dərmanın kanserogen çirklənməsi səbəbi kimi Çin və Hindistanda aşağı qiymətə istehsalat göstərilib. Dərmanın tam keyfiyyətli istehsalına lazımi diqqət yetirilmir. Artıq Amerikada Lozartan defisiti hiss olunur.