Anadangəlmə qida borusu olmayan uşağa qida borusu düzəldildi - Azərbaycanda çox rast gəlinən sindrom

  • 2018.10.12 15:31
  • 17134 Baxış
Anadangəlmə qida borusu olmayan uşağa qida borusu düzəldildi -  Azərbaycanda çox rast gəlinən sindrom
Son zamanlar Azərbaycanda qida borusunun anadangəlmə tam və ya hissəvi olmaması sindromu ilə doğulan körpələrə tez-tez rast gəlinir. 

Əvvəllər belə patologiyalı uşaqlar çox yaşamırdılar.


Uşaq cərrahiyyəsində hər 2000 uşaqdan birində rast gəlinən Qida borusu Atreziyası adlanan bu patologiya uşaq doğulandan sonra əməliyyatla aradan qaldırılır.

 

Medicina.az xəbər verir ki, uşaq cərrahı Toğrul Ömərov artıq Torkoskopik Ezofaqoplastik əməliyyatla bir neçə körpəni bu patologiyadan xilas edərək, qida borusu problemini həll edib. 

 


 

 

Həkim qida borusu atreziyasının bir neçə əlamətlərini sadaladı: " Doğulandan 1 gün sonra uşağın ağız və burnundan dayanmadan qatı köpük gəlir, bu zaman seliyin bir hissəsi tənəffüs yollarına düşür, uşaq boğulmağa başlayır. 


İlk qidalanmadan dərhal sonra qida geri qayıdır, yaxud da tənəffüs yollarına düşür. Bu da özünü güclü öskürək, sianoz, tənəffüsün pozulması, döş qəfəsində xırıltılarla göstərir

 

Doğum evlərində artıq neantoloqlar tərəfindən bu patologiya görülür".

 

Ona görə bu əlamətlər görünən kimi uşağı cərrah müayinəsindən keçirmək lazımdır. Rentgen və MRT ilə qida borusunun atreziyası tam görünür. 

 

Uşağın sağlam həyata davam etməsi üçün əməliyyat mütləqdir və gecikdirilməməlidir. 



 






Anadangəlmə qida borusu olmayan uşağa qida borusu düzəldildi -  Azərbaycanda çox rast gəlinən sindrom