"Anju” olunanda beyninə qan sızdı və öldü - İcra başçısının ailəsində faciə

  • 09 İyun, 2019
  • 17496 Baxış
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ağır itki üz verib.
 
 
İcra başçısının qardaşı Nizami Məhərrəmov qəfil vəfat edib. Bildirilir ki, Mahir Quliyevin qardaşı son vaxtlar ürəyindən şikayətlənirmiş. Bir neçə gün əvvəl həkim müayinəsindən keçən Nizami Məhərrəmovun əməliyyat edilməli olduğu bildirilib. Bakıdakı klinikalardan birində ürəyindən şuntlama – "anju” əməliyyatı keçirilən icra başçısınının qardaşının halı qəfil daha da pisləşib. Məlum olub ki, cərrahi əməliyyat prosesi zamanı N.Məhərrəmovun beyninə qan sızıb. O, xəstəxanadaca keçinib.