Araq heroindən daha təhlükəli hesab edildi - Narkosiyasət komissiyası yeni klassifikasiya hazırlayır

  • 2019.07.09 17:06
  • 8537 Baxış
Araq heroindən daha təhlükəli hesab edildi -   Narkosiyasət komissiyası yeni klassifikasiya hazırlayır
Narkosiyasət üzrə qlobal komissiyası narkotik maddələrin klassifikasiyasına dəyişiklik etməyə başlayır.


Medicina.az xəbər verir ki, komissiya yeni məruzə hazırlayıb.  Qeyd edək ki, bu komissiyanın tərkibinə məşhur siyasətçilər, ictimai xadimlər,  tanınmış biznesmenlər, eks prezidentlər və beynəlxalq təşkilatların rəhbərləri daxildir. 


Yeni məruzədə komissiya 1961-ci ildə qəbul edilmiş klassifikasiyanın köhnəldiyini, yeni elmi araşdırmalara uyğun gəlmədiyini və qanunlarla uzlaşmadığını önə çəkib.


Komissiyanın rəhbəri bildirib ki, kokain, heroin, kannabasın zərəri barədə 30 il əvvəlki araşsdırmalar əsas götürülüb. İndi müasir cəmiyyətdə bu maddələrdən də təhlükəli və qanunla qadağan olunmayan zərərli maddələr yayılıb. 


Məsələn 2010-cu ildə Britaniyalı alimlərin apardıqları elmi tədqiqatda  sübut olunub ki, 16 kriteriya üzrə insan sağlamlığına ən zərərli maddə alkoqol, spirtli içki, xüsusən araqdır. Belə ki, onun təhlükəliliyi 72 bala çatmış və 55 balı olan heroini geridə qoymuşdur.


Amma qanunla təkcə heroin qadağandır, araq açıq satışdadır. Eləcə də tütün, siqaret narkotik maddələr klassifikasiyasında 6-cı yeri tutub, o, ekstazi, kannabis kimi maddələri geridə qoyub. 


Alimlər bildirir ki, son 7 ildə aparılan araşdırmalaq göstərir ki, spirtli içki qəbulundan sonra cinayət törədənlərin sayı heroin qəbul edib hər hansı cinayət törədənlərdən qat-qat artıqdır. Bu siyahıya qətllər, travmalar, xuliqanlıqlar, hətta oğurluqlar daxildir. Həmçinin alkoqol daha çox ailə dağılmasına səbəb olur.