Artroz xəstəliyində inyeksiya USM altında vurulmalıdır, kor-koranə yox – Diz oynaq mayesi yeridilməsi VİDEO

  • 2019.06.26 16:10
  • 10863 Baxış
Artroz xəstəliyində inyeksiya USM altında vurulmalıdır, kor-koranə yox –  Diz oynaq mayesi yeridilməsi VİDEO
Artroz xəstəliyi oynaqların artıq xroniki, ağır mərhələdə olan iltihabi xəstəliyidir. Bu xəstəliyin müalicəsində oynaqdaxili inyeksiyaların, məsələn, PRP, kök hüceyrə köçürülməsi, oynaq mayesi yeridilməsinin əhəmiyyətli rolu vardır.


Medicina.az xəbər verir ki, statistic məlumatlara əsasən kor metodla, yəni həkimin gözəyarı diz oynağına iynə yeritməsi və prosedur etməsi zamanı dərman komponenti 40% hallarda heç oynaq boşluğuna düşmür, əsas nöqtələrdən yan keçilir və düzgün yeridilmir.


Ağrı Mərkəzinin rəhbəri, alqoloq, artroz xəstəliyinin müalicəsini ən son metodlarla tətbiq edən dr. Zülfüqar Yusifov bildirdi ki,  diz, bud, çanaq, çiyin oynaqdaxili inyeksiyalarda hədəfə düzgün çatmaq üçün ən yaxşı metod prosedurun ultrasəs altında, yəni UZİ ilə icra olunmasıdır. Bu üsul ağrısız, təhlükəsiz, həkim üçün daha uğurlu nəticə verən metoddur. Yalnız bu halda istifadə olunan component oynaq boşluğuna düşür.

 



Videoda doktorun artrozlu xəstənin diz oynağına USM kontrolu altında oynaq mayesi yeridilməsi təqdim olunur.

 




Həkimlə əlaqə:

050 346 47 72 

Artroz xəstəliyində inyeksiya USM altında vurulmalıdır, kor-koranə yox –  Diz oynaq mayesi yeridilməsi VİDEO