Aspirin dərmanı beyinə qansızma riskini artırır – Alimlərdən XƏBƏRDARLIQ

  • 17 May, 2019
  • 3681 Baxış
Aspirin dərmanı beyinə qansızma riskini artırır – Alimlərdən XƏBƏRDARLIQ
Beynəlxalq kardioloqlar qrupu aşağı dozada aspirinin gündəlik qəbulunun beyinə qansızma riskini artırdığını bildirib.

Medicina.az xəbər verir ki, bir Tayvan və ABŞ həkimləri bir neçə eksperimentin nəticəsi olaraq bir qrup insanlarda gündəlik aspirin dozasının ziyanının faydasından çox olduğu qənaətinə gəlib.

Son 10 ildə aparılan 13 elmi kliniki təcrübələr göstərib ki, yaşlı pasiyenlərin aşağı dozalı aspirin qəbul etməsi onlarda beyin qansızmasını 37% artırıb.  Bu ürək-damar problemləri olan xəstələrə aiddir. Amma insult və infarkt riskində olmayan, hələ ki, sağlam insanın profilaktika məqsədilə, qan qatılaşmasına qarşı hər gün  bir tablet də olsa aspirin qəbul etməsi beyinə qansızma riskini 56% - artırıb.

Eləcə də sübut olunub ki, Asiya ölkələrinin millətləri aspirindən daha çox zərər görür. Onlarda bu faiz 84%-dir. 

Ona görə alimlər gələcəkdə infarkt, insult olmayım deyə 45-55 yaşlı insanların artıq aspirin qəbul etməsinə ehtiyac görmür. Bunun üçün şəkəri, qanda xolesterini, təzyiqi normada saxlamaq və buna uyğun daha başqa dərmanlar, metodlar tətbiq etmək kifayətdir. 

Özümü sığortalayım deyə həkimsiz müayinəsiz aspirin qəbul etməyin. 
Lakin artıq infakrt, insult keçirmiş, iri arteriyaları tutulmuş şəxslər aspirin qəbuluna davam etməlidir.