ATU rektoru imtahanların gedişini izlədi - FOTO

  • 2019.06.13 17:16
  • 5725 Baxış
ATU rektoru imtahanların gedişini izlədi  - FOTO
Bu gün rektor, professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetində (ATU) imtahanların gedişini izləyib.

 

Medicina.az xəbər verir ki, rektor ATU-da buraxılış kurslarının Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ), eləcə də İmtahan Mərkəzində (İM) test imtahanlarına baxış keçirib.


Qeyd edək ki, tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlara keçid alırlar. Universitetin İctimai səhiyyə fakültəsində isə buraxılış imtahanları Obyektiv Strukturlaşmış Praktik İmtahan (OSPİ) üsulu ilə keçirilir.


Rektor G. Gəraybəyli tələbələrlə söhbət edib, imtahanla bağlı onları maraqlandıran məsələləri müzakirə edib. Tələbələrin imtahan sualları ilə bağlı fikirlərini universitet rəsmilərinin diqqətinə çatdırıb.


İmtahandan sonra rektor G. Gəraybəyli ATU-nun 5 saylı korpusunda İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzi üçün yaradılan şəraitlə tanış olub. Burada elektron jurnalın, sistemin gedişatını izləyib.
ATU rektoru imtahanların gedişini izlədi  - FOTO
ATU rektoru imtahanların gedişini izlədi  - FOTO