Avropada sifilis tüğyan edir – İnsanlar telefonla cinsi partnyor tapır

  • 17 İyl 2019 21:24
  • 14443 Baxış
Avropada sifilis tüğyan edir –  İnsanlar telefonla cinsi partnyor tapır
Son 5 ildə Avropa Birliyi ölkələrində sifilis faktları 70%-dək artıb.

Medicina.az xəbər verir ki, bu barədə  Xəstəliklərin nəzarəti Mərkəzinin məruzəsində yazılıb.


Cinsi yolla keçən infeksiya qitənin 29 ölkəsi üzrə rekord göstəriciyə çatıb: 33 189 nəfər

2010-cu il ilə müqayisədə cinsi infeksiya 2 dəfə artıb.


Ekspertlər bu qədər yayılmasının səbəbi kimi çoxsaylı seksual partnyorların olması, qorunmasız əlaqə, narkotik vasitə və alkoqol təsiri altında seks, QİÇS-ə yoluxmaqdan qorxmamaq, vaxtında müayinə olunmamağı göstərir.


Eləcə də mobil telefonlarda tanışlıq tətbiqlərinin və imkanlarının artması  birdəfəlik və ötəri cinsi əlaqəni əlçatan edib.