Azərbaycan 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində– Tanınmış cərrahın elmi məruzəsi maraq yaratdı

  • 2019.09.09 16:59
  • 3449 Baxış
Azərbaycan 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində–  Tanınmış cərrahın elmi məruzəsi maraq yaratdı

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov sentyabr ayının 3-7 tarixlərində Ispaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24 –cü dünya Bariatrik-Metabolik cərrahlar konqresində ( 24 th WORLD KONGRES IFSO - International Federation for the Surgery of Obesity and Metabolic Disorders) iştirak edib.


Medicina.az xəbər verir ki, dünyanın 67 dövlətindən gələn 3000 dən çox içtirakçı və 250-dən çox çıxışçının arasında, İFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) beynəlxalq təşkilatın  rəsmi dəvəti ilə yer alan dərnək sədri bildirib ki,  bu  bütün dünyada inkişafda olan Bariatrik-Metabolik cərrahiyyənin  inkişafına ciddi təkan olacaqdır. 


Medicina.az-a konqres barədə açıqlama verən Tariel Ömərov bunları bildirdi:


"Bu konqresdə təmsil olunan 67 dövlətdən biri də Azərbaycanımızdır və bu "Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyi"-nin son 6 ildə gördüyü işlərin  nəticəsidir.  Piylənmənin və metabolik xəstəliklərin cərrahi müalicəsindən bəhs edən konqresdə çıxışlardan biri də bizə aiddir ki, artıq 5 ildir ki, üzərində işlədiyimiz baraitrik-Metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən Mədənin boylama rezeksiyası - el arasında mədə kiçiltmə kimi tanınan - (Sleeve gatsrectomy) əməliyyatın modifikasiyasından bəhs edən " DOES OMENTOPEXY PLAY A ROLE İN PREVENTİNG COMPLİCATİONS DURİNG SLEEVE GASTRECTOMY PROCEDURE? "  mövzuda oldu. 


Cərrahi ağırlaşmaların qarşısının alınmasında bu gün dünyada çoxlu sayda araşdırmalar var və göndərdimiz abstraktın da konqresin akademik gündəliyində konqresin elmi idarə heyəti tərəfindən  çxış üçün seçilməsi məhz buna dəlalət edir. Biz milli dərnək olaraq  bu konfransda dünya şöhrətli Professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə  yaxından tanış olduq və eyni zamanda öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq. 


Düşünürük ki, önümüzdəki Beynəlxalq tədbirlərdədə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahənin ölkəmizdə daha da irəli getməsinə nail olacağıq. 


Bariatrik-Metabolik Cərrahiyyə bir əməliyyat növündən ibarət deyil. Burada pasientə individual olaraq yanaşaraq bir çox tibbi səbəblərin varlığından dolayı müxtəlif əməliyyat növləri tətbiq etməsək qənaətbəxş nəticə əldə edə bilmərik. 


Mədənin Boylama Rezeksiyası (Sleeve gastrectomy) əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır. Amma bu metodun da özünün müəyyən dezavantajları var. Bunları aradan qaldırmaq və nəticələri optimallaşdırmaq üçün bu metodun modifikasiyasına həsr etdiyimiz elmi işimizin əsas məğzində duran yeniliklərdən bəhs edən çıxışımız diqqətsiz qala bilməzdi.

 

Sevindirici haldır ki, MDB məkanında, Xəzəryanı dövlətərdə, Qafqazda və Orta Asiya dövlətlərində Azərbaycan Bariatrik-Meatbolik Cərrahlar Dərnəyi artıq 5 ildir ki, fəaliyyət göstərir və adı çəkilən bu dövlətlər arasında ilk dəfə bizim Respublikamızda bu iş  başlayıb.  Ölkəmizdədə son 6 ildə 3000 -ə yaxın bariatrik-metabolik cərrahi əməliyyatlar aparılmışdır ki, bunlardan təxminən 80-85% mədənin boylama rezeksiyası (Sleeveg gastrectomy) əməliyyatıdır.

 


 

 


Azərbaycan 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində–  Tanınmış cərrahın elmi məruzəsi maraq yaratdı
Azərbaycan 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində–  Tanınmış cərrahın elmi məruzəsi maraq yaratdı
Azərbaycan 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində–  Tanınmış cərrahın elmi məruzəsi maraq yaratdı
Azərbaycan 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində–  Tanınmış cərrahın elmi məruzəsi maraq yaratdı