Azərbaycan piylənməyə görə Gürcüstan və Qazaxıstandan irəlidədir - Taryel Ömərov

  • 2019.05.18 18:28
  • 5209 Baxış
Azərbaycan piylənməyə görə Gürcüstan və Qazaxıstandan irəlidədir -  Taryel Ömərov

Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan, Qazaxıstan,Tacikistan, Qırğızıstan və Türkmənistandan da irəlidədir. 


Medicina.az xəbər verir ki, bu faltı bariatrik cərrah, Taryel Ömərov 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresində məruzəsində deyib. 


O bildirib ki, qadınlarda kişilərdən iki dəfə çox piylənməyə rast gəlinir. Piylənmənin qarşısını almaq üçün hormonal balansa diqqət yetirmək lazımdır: 


"Piylənmənin əsas fəsadlarından biri ikinci tip şəkərli diabetdir. 2030-cu ildə 438 milyon insan ikinci tip şəkərli diabetdən əziyyət çəkəcək. 2040-cı ildə bu rəqəmin 642 milyona çatacağı proqnozlaşdırılır.  2015-ci ildə aparılmış bir araşdırmaya görə, hər 6 saniyədən bir şəkərli diabet xəstəliyinə tutulmuş insanlardan biri dünyasını dəyişir”.