Azərbaycanda bu qədər sifilis xəstəsi var - RƏSMİ

  • 02 Oktyabr, 2019
  • 1939 Baxış
Azərbaycanda bu qədər sifilis xəstəsi var - RƏSMİ

2018-ci ildə ölkə üzrə sifilis diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 981 nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki,  sifilis xəstəliyi aşkarlananların 682 nəfəri kişi, 299 nəfəri isə qadınlardır.

0-13 yaş qrupu üzrə 20 nəfər bu xəstəliyə tutulub. Onlardan 15 nəfəri kişilər, beşi isə qadınlardır.

14-17 yaş qrupları üzrə isə iki qadında bu xəstəlik qeydə alınıb. Bu yaş qrupu üzrə kişilərdə xəstəlik olmayıb.

18-29 yaş qrupu üzrə 255 nəfərdə xəstəlik aşkarlanıb. Onlardan 187 nəfəri kişi, 68 nəfəri isə qadınlardır.

30 və yuxarı yaş qrupları üzrə qeydə alınan 704 nəfərdən 480-i kişilər, 224-ü qadınlardır.