Azərbaycanda daha 2 nəfər qarayara xəstəliyinə yoluxdu

  • 09 Sentyabr, 2019
  • 2118 Baxış
Azərbaycanda daha 2 nəfər qarayara xəstəliyinə yoluxdu
Sabirabadda daha iki nəfər qarayara xəstəliyinə yoluxub.

Medicina.a
z xəbər verir ki, ət satışı ilə məşğul olan 2 nəfər Sabirabad rayonunun Qaragüney və Həşimxanlı kənd sakinləri qarayara xəstəliyinə yoluxublar.


AQTA-nın Salyan regional şöbəsindən faktı təsdiq etsələr də, təffərrüatlar barədə əlavə məlumat almaq mümkün olmayıb. Xəstəliyə yoluxan şəxslər Sabirabad rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə yerləşdiriliblər. Qaragüney kənd sakininin kəsdiyi heyvanda qarayara xəstəliyi aşkar edilib. Həmin heyvanın əti Şirvan şəhərində fəaliyyət götərən qəssablardan birinə satılıb. Qəssabın bildirdiyinə görə, ət sümükdən ayrılıb və hazırda hansı məqsədlər üçün istifadə olunduğu aydınlaşdırılır.


Faktla bağlı AQTA-nın Salyan regional şöbəsi tərəfindən araşdırmalar aparılır.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 34 və 26 yaşlarında 2 nəfər Sabirabad sakini rayon mərkəzi xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.


Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb.


Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.