Azərbaycanda iki uşaq dərmandan zəhərləndi

  • 2019.06.03 10:22
  • 3571 Baxış
Azərbaycanda iki uşaq dərmandan zəhərləndi
Yevlaxda bir ailənin iki azyaşlı uşağı dərmandan zəhərlənib.


 Yevlax şəhərində iki azyaşlı halsız vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin müayinələr zamanı onların dərmandan zəhərləndiyi məlum olub. 


Yaxınlarının bildirdiyinə görə, uşaqlar ehtiyatsızlıqdan evdə olan "Valerian” preparatını içiblər. 


Tibbi müdaxilədən sonra uşaqların həyatına təhlükə sovuşub. Durumu stabilləşən uşaqlar bir müddət sonra ambulator müalicə üçün evə buraxılıb.