Bakıda ən çirkli hava bu rayonlardadır - SİYAHI

  • 2019.05.22 16:20
  • 8050 Baxış
Bakıda ən çirkli hava bu rayonlardadır -  SİYAHI
May ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib.


Medicina.az xəbər verir ki,    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva  monitorinqin nəticələrini açıqlayıb. 


Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçuda aparılmış monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub, bu da həmin ərazilərdə avtomobillərin çoxluğu ilə əlaqədardır.


 Bakıda tozun miqdarı da  normadan yuxarıdır: "Bu, Bakının bütün rayonlarında tikinti işlərinin aparılması ilə bağlıdır. Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır".


U. Tağıyeva qeyd edib ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti  daha əlverişlidir.