Bakıda özəl klinkada 59 yaşlı qadın əməliyyatdan sonra öldü - Mədəsini kiçiltmişdi

  • 27 May, 2019
  • 4850 Baxış
Bakıda özəl klinkada 59 yaşlı qadın əməliyyatdan sonra öldü - Mədəsini kiçiltmişdi
Bakıda özəl  xəstəxanada mədəkiçiltmə əməliyyatı keçirmiş qadın pasiyent ölüb. 

Medicina.az yerli mətbuata istinadən xəbər verir ki, fakt "Real Hospital”da qeydə alınıb. 

1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib. 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.