Bakıda qadın göz əməliyyatından sonra öldü

  • 2019.09.13 10:31
  • 8638 Baxış
Bakıda qadın göz əməliyyatından sonra öldü
Bakıda qadın göz əməliyyatından sonra ölüb.



Medicina.az-ın məlumatına görə, hadisə Akedemik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzində baş verib.



Belə ki, Naxçıvan şəhər sakini 1988-ci il təvəllüdlü Aynur Məmmədova keçirdiyi göz əməliyyatından bir gün sonra ölüb.



İlkin müayinə zamanı onun tənəffüs çatışmazlığından öldüyü müəyyən edilib.



Prokurorluqda araşdırma aparılır.