- Rəsmi açıqlama“Balakəndə naməlum xəstəliyin yayılması xəbərləri yalandır”

  • 2019.09.17 11:11
  • 4692 Baxış
- Rəsmi açıqlama “Balakəndə naməlum xəstəliyin yayılması xəbərləri yalandır”

Sosial şəbəkələrdə
Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin
aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə yayılan məlumatlar
həqiqətə uyğun deyil. 



Medicina.az
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.


Balakən Mərkəzi
Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat
Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər
hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb:
"Həmin kəndlərə yaxın ərazidə
yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər
hansı bir müraciət qeydə alınmayıb".