Başağrısında ilkin yardım – Bu dərmanlar istifadə edilir

  • 2019.07.26 17:04
  • 8880 Baxış
Başağrısında ilkin yardım –  Bu dərmanlar istifadə edilir
Ümumdünya Səhiyyə Təşkilatının  məlumatlarına görə hazırda insanların üzləşdiyi ağrılar içində birinci yeri başağrıları tutur. 60% hallarda bu ağrılar ciddi xəstəlikdən xəbər vermir və mürəkkəb müayinə-müalicə tələb etmir. 


Medicina.az xəbər verir ki, beynəlxalq təlimatlara görə başı ağrıyan insan özünə yardım edə bilər və bunun üçün tövsiyyə olunan ilkin yardım dərmanları bunlardır. Ağrıkara qarşı geniş spektrli dərmanlardan istifadə edilə bilər.


1.Kombinə olunmuş preparatlar: asetilsalisil turşusu (aspirin) 200 mq, parasetamol 200 mq və kofein 50 mq

2.İbuprofen  400 mq

3.Diklofenak – 500 mq

4.Parasetamol və kofein birləşməsi : 500 mq parasetamol və 65 mq kofein. 


Əlavə tədbirlər kimi qaranlıq, sərin otaqda yatmaq, uzanmaq, sakitlik, təmiz su içmək lazımdır. 


Baş ağrıyanda qəhvə, tünd çay, alkoqol, energetik içki içmək olmaz. Onlar orqanizmin susuzlaşmasını sürətləndirir.


Əgər güclü baş ağrısı ilə yanaşı görmədə problem, nitqdə yavaşıma, motorika hərəkətlərində pozulma varsa, təcili yardım və həkim mütləqdir.