Bərdədə həkimləri döydülər

  • 2019.06.28 00:46
  • 5927 Baxış
Bərdədə həkimləri döydülər
 Bərdə rayonunda sərxoş kişi ona lazımı tibbi xidmətin göstərilmədiyini bildirirərək, tibb işçilərinə hücum edib.


Hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib. Şəxsiyyəti məlum olmayan şəxs təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Bir müddətdən sonra özünə gələn sərxoş şəxs ona lazımı tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum edib.


 

Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb.

Xəstəxananın həkimləri polisə məlumat verib. Polis əməkdaşları əraziyə gələrək, həmin şəxsi rayon polis şöbəsinə aparıblar. 

 

Medicina.az