Bir xəstədən 5 kq parazit tökən 2 bitki qarışımı – Bütün qurd dərmanlarından güclü resept

  • 2019.07.02 21:09
  • 142115 Baxış
Bir xəstədən 5 kq parazit tökən 2 bitki qarışımı –  Bütün qurd dərmanlarından güclü resept
Yovşan və dağtərxunu (pijma) qurd, parazit əleyhinə ən qədim, ən güclü vasitələr hesab olunur. Deyilənə görə, Stalin dövründə yay tətilindən məktəbə qayıdan məktəbliləri elə ilk dərs günü məktəbin tibbi məntəqəsində düzüb bu otlardan bir qaşıq uddurub su içirirdilər. Bu prosedur 1 həftə davam edirdi. Daha sonra uşaqlar sabahı onlardan çıxan, tökülən qurdlardan bir-birinə bəhs edirdi. Bununla da uşaqların yaydan orqanizminə düşən və siniflərdə bir-birinə çirkli əl, ağız suyu ilə yoluxa biləcək parazit yayılmasının qarşısı alınırdı.


Medicina.az sınanmış və hətta bir xəstədən 5 kq ölü qurd tökən qarışımın reseptini təqdim edir. Bəli, bu bitkilər qurdları daxildə öldürür. Hələ elə bir qurd növü yoxdur ki, yovşanın zəhərinə tab gətirsin.


Bu bitkiləri bazardan və ya aptekdən tapa bilərsiz, rus dilində polın və pijma adlanır.


Hər iki otdan 200 qr götürüb, narın edir və bankaya ayrılıqda yığırsız. Otlar quru olmalıdır. Hər gün yeməkdən 10 dəqiqə əvvəl bir çay qaşığı qarışımı yovşanı qəbul edirsiz, ardıyca da dağtərxununu. Üstündən bir stəkan su içirsiz. Çox acı olsa, suya bal qata bilərsiz. 10 dəqiqə sonra yemək yeyirsiz. Otlar çox acıdır, acılıq boğazda bir müddət qalır. Kurs 14 gündür.


Bu ərəfədə ət, yağlı yeməklər, qatıq və s. yeyilmir. Uşaqlar üçün doza yarım çay qaşığıdır.

Elə birinci gündən tualetdə bağırsaqdan çox miqdarda ağ selik, axıntı, qurd ölüləri töküldüyünü görəcəksiz. Qarın ağrısı, sancısı mümkündür. Bu zaman spazmaqolik qəbul edin. 


Hesablamalara görə, 50-60 kq çəkidə insanda 3-5 kq qurd ola bilər. 

Hamilələrə, yeni doğmuşlara, yeni əməliyyat olanlara olmaz.