Bişmiş soğan yeyin – Bu xəstəliklərdə şəfa verir

  • 15 May, 2019
  • 30483 Baxış
Bişmiş soğan yeyin – Bu xəstəliklərdə şəfa verir
Tərəvəzlərin çiyi ilə yanaşı bişmişi də orqanizm üçün faydalıdır. Biz soğanın çiyini yeməyə öyrəşmişik. Çox insan isə acıdır, ağızdan qoxu gəlir deyə, onu da yemir. Bişmiş soğan yalnız yeməklərdə lazım olur. Biz isə sizə bütov baş soğanın sobada və ya manqalda, qrildə, hətta quru tavada közlənərək bişirilib yeyilməsinin faydalarından danışacağıq.

Medicina.az xəbər verir ki, əgər siz ailəlikcə bütün fəsillərdə bişmiş soğanı yeməyə başlasaz, bu xəstəliklərdən xilas ola bilərsiniz.

-Bütün hormonal, həzm və sinir sistemi fəaliyyəti düzəlir
-Böyrəkləri, qaraciyəri təmizləyir
-Bədəndə olan iltihab və spazmı götürür
-Furunkulyoz, ziyil, döyənəkləri aparır
-Maddələr mübadiləsini aktivləşdirir
-İmmuniteti möhkəmləndirir

-Onkoloji hüceyrələri azaldır, böyüməsinin qarşısını alır
-Oynaqları, toxumaları sağaldır
-Bronxları təmizləyir
-Qanı təmizləyir
-Qanda şəkəri salır
-Tərkibindəki xlorofill, fitonsidlər və flavonid göbələkləri, infeksiyaları məhv edir
-Avitaminoza qarşıdır, xüsusən C vitaminini artırır
-Yüksək təzyiqi normallaşdırır
-Turşu-qələvi və su balansını düzəldir
-
Kimlərə olmaz:

-Mədə-bağırsaq qanaması olanlar
-Köpü, ishalı olanlar
-Allergiya
-Güclü baş sıxılmaları olanlar

Necə qəbul etməli:

-Şirəli, orta ölçülü, yaxşı olar ki, keyfiyyətli təzə soğan olsun. 
-Qabığını soyub və ya üst qabıqlarını soyub, altdakı sonuncu nazik qabığı saxlamaqla, soba üçün listə düzüb 15 dəqiqə bişirməli. Yayda manqalda, qrildə elə balkondaca bişirmək olar. Ya da adi quru tavada duzub orta odda bişirməli.

Gündə 1 baş soğanı səhər yeməyindən, yaxud günorta yeməyindən yarım saat öncə yeyilir.