Vaksinlər əhalinin immunlaşdırılmaya inamsızlığı artır BMT:

  • 2019.07.02 08:54
  • 3528 Baxış
 Vaksinlər əhalinin immunlaşdırılmaya inamsızlığı artır  BMT:
BMT-nin mənzil-qərargahında keçirilən yüksəksəviyyəli görüşdə immunlaşdırılmadan imtina ilə bağlı problemlər müzakirə edilib. Medicina.az verir ki, görüş iştirakçıları ABŞ, Ukrayna, Braziliyada, həmçinin bu ilin əvvəlindən xəstəliyin 500 nəfərin həyatına son qoyduğu Filippində qızılcanın baş qaldırmasını xüsusi xatırladıblar. Vurğulanıb ki, vaksinlər oxşar faciələrin qarşısını almağa imkan verir. "Dünya Səhiyyə Təşkilatının məlumatına görə, immunlaşdırılma hər il 2-3 milyon insanın həyatını xilas etməyə imkan verir. Vaksinlər yaranmamışdan əvvəl hər il milyonlarla uşaq difteriya, qızılca, poliomielit, tetanus, meningit, göyöskürəyə yoluxurdular. Bu xəstəliklər çox vaxt ölümlə, yaxud da əlilliklə nəticələnir”, - deyə BMT-nin Uşaq Fondunun (UNICEF) rəhbəri Henrietta For bildirib. H.For immunlaşdırılma sayəsində beynəlxalq birliyin hansı nailiyyətlər əldə etdiyini xatırladıb. O deyib: "Bu gün biz poliomielitin tamamilə kökünü kəsməyə çox yaxınıq. Qızılcadan ölüm halları 80 faiz azalıb. 13-ü istisna olmaqla, demək olar ki, bütün ölkələrdə yeni doğulan uşaqlar arasında tetanusa qalib gəlmək mümkün olub. Bununla yanaşı, hər il dünyada 20 milyona yaxın uşağın vaksinləmə prosesini keçmədiyi bildirilib. Forun sözlərinə görə, yoxsul ölkələrdə aşağı dərəcədə immunlaşdırılmanın əsas səbəbi vaksinin əlçatan olmamasıdır. Lakin For peyvəndləmə barədə yanlış məlumatların da yayılmasını qeyd edib. O deyib: "Vaksinlər barədə yanlış məlumatlar onların qarşısını alacaq xəstəliklər kimi çox sürətlə yayılır, xüsusilə də internetdə. Bu baş verdikdən sonra isə vaksinləmənin vacibliyi barədə valideynləri inandırmaq çox çətindir”. UNICEF başçısı bu yaxınlarda Pakistanda baş verən hadisəni misal çəkib. Vaksinləmə əleyhdarları olan bir qrup fəalın internetdə yaydığı uydurulmuş videoda poliomielitin ciddi əks təsir effekti yaratdığı sübut olunur. Nəticədə milyona yaxın uşaq bu təhlükəli xəstəliyə qarşı peyvənd almayıb.