Boks ulduzu və deputat Valuyev beyin şişindən müalicə olunur – Həkimlər xəstəliyin səbəbini açıqladı

  • 25 İyun, 2019
  • 2935 Baxış
Boks ulduzu və deputat Valuyev beyin şişindən müalicə olunur – Həkimlər xəstəliyin səbəbini açıqladı
Boks üzrə eks çempion, Rusiyanın deputatı Nikolay Valuyev ictimaiyyətə bir neçə müddətdir müalicə aldığı beyin şişi-Akromeqaliya barədə açıqlama verib. Valuyev 2 əməliyyat keçirib.

Medicina.az xəbər verir ki, həkimlər xəstəliyin səbəbi və insan həyatı üçün nə dərəcədə təhlükəli olması barədə məlumat verib.
Valuyevdə akromeqaliyanın səbəbi  hipofiz vəzinin boy və böyümə hormonunu normadan dəfələrlə çox hasil etməsidir. Belə xəstələrdə boy və bədən çox iri olur, üz cizgiləri kobudlaşır, pəncə, əllər, çənə, qaş üstü hissə böyüyür. 

Xəstədə hipofiz vəzin şişi, böyüməsi elə üzdən də başına baxdıqda görünürdü. Ola bilər, Valuyevdə uşaqlıqdan hansısa səbəbdən bu vəzi fəaliyyətini artırıb və ya məşğul olduğu boksla bağlı başından, boynundan aldığı zərbələr vəzini zədələyib. 

Akromeqaliya tədricən proqressivləşir, həyat keyfiyyətini azaldır, ömrü qısaldır, əlilliyə səbəb olur. Dərman müalicəsi effekt vermədikdə, əməliyyat olunur, amma bu zaman da şişi tam götürmək məsələni həll etmir.