Bu meyvə cinsi aktivliyi artırır

  • 2019.10.02 10:34
  • 14482 Baxış
Bu meyvə cinsi aktivliyi artırır
Ehtiras meyvəsi, çarxıfələk meyvəsi, ya da passion fruit. Adına nə deyirsiz deyin, bu tropik meyvə həm dadı, həm də qoxusu ilə çox cəzbedicidir. Üstəlik tam bir vitamin qaynağıdır.

 

 Medicina.az ehtiras meyvəsi adlanan möhtəşəm çiçəkli çarxıfələk meyvəsi haqqında bilmədiklərinizi təqdim edir.

  Çarxıfələk üstü göy, içi çəyirdəkli eqzotik meyvədir. Ana vətəni tropik Amerikadır. Göy Yeni Zelandiya və sarı Havay çarxıfələk növləri var. Hər ikisinin dadı eyni olsa da, göy növündə turşuluq çoxdur və suludur.   Çarxıfələk 85-90% nəmdə saxlanmalıdır. 1 həftə boyunca saxlana bilər. Təbii sakitləşdirici meyvədir. Sakitləşdirən və heç bir əks təsiri olmayan bu meyvədən hər gündə iki dənədən çox yemək olmaz. Qabığını soyub yeyin. İçindəki çəyirdəkləri yeyilə bilər, ancaq çeynəməyin. A, C vitamin, potasium, kalsum və dəmir qaynağıdır.

Bir ədəd çarxıfələk meyvəsi gündəlik dəmir ehtiyacının yüzdə 15-i ödəyir. Çəyirdəkləri ilə bir yeyiləndə lif baxımından da faydalı olur. Passiflorine, likopen, kartenoidlərlə zəngindir. Cinsi istəyi artırdığı üçün ehtiras meyvəsi də adlanır.Apteklərdə satılan ehtiras artıran dərmanların çoxu bu meyvədən hazırlanır.   Xoş aroması 1-2 saat ağızdan yox olmaz. Qan təzyiqini də aşağı salmağa kömək edir. Braziliyalılar bu meyvənin çəyirdəklərini yata bilmək üçün istifadə edir.