Bu ölkədə evli cütlüklərin yarısı sekslə məşğul olmur – “Əlvida, intim”

  • 2019.11.13 16:27
  • 14670 Baxış
Bu ölkədə evli cütlüklərin yarısı sekslə məşğul olmur –  “Əlvida, intim”
Yaponlar seks həyatlarına "sayonara", yəni "əlvida ..." mənasını verirlər. 


Medicina.az Daily Mail-dəki xəbərlərə istinadən xəbər verir ki, bu yaxınlarda edilən bir araşdırmada, Yaponiyadakı evli cütlüklərin yarısının bir aydan çox cinsi münasibətə girmədikləri ortaya çıxıb. Yaponiyada Ailə Planlaşdırma Birliyi tərəfindən aparılan araşdırmada, sekslə məşğul olmayan cütlüklər arasında ən yüksək yaş 40 və sonrakı yaşda olanları əhatə edib.


Araşdırmada iştirak edən qadınların 22 %-i bunu "əziyyətli” adlandrıb. Kişilərin 35%-i isə uzun müddət sonra cinsi münasibətin yorucu olduğu qənaətindədir. 


Tədqiqatın digər iştirakçıları isə zamanla aralarındakı cinsi bağlılığın öldüyünü deyib. Hökümətin keçən il nəşr etdiyi başqa bir araşdırmanın nəticələrinə görə isə, Yaponiyada bakirələrin sayında artım var. Aidiyyatı qurumlar bunun ölkədə doğuş nisbətinə təsir edəcəyindən çox narahatdır.