Bu pəhrizin xərçənglə mübarizədə effekti sübut olundu – Elmi ARAŞDIRMA

  • 2019.08.02 14:40
  • 23793 Baxış
Bu pəhrizin xərçənglə mübarizədə effekti sübut olundu –  Elmi ARAŞDIRMA
ABŞ Tibb universitetinin mütəxəssis qrupu bir neçə müddətdir apardıqları elmi təcrübənin nəticələrini tibbi dərgidə nəşr ediblər. Onlar laboratoriya siçanları üzərində xüsusi qidalanmanın xərçəngə təsirini araşdırıblar.


Medicina.az xəbər verir ki, söhbət metionin adlı aminturşusunun təsirindən gedir. Metionin insan orqanizminin özü tərəfindən hasil olunmur, yalnız qida ilə daxil olur. Heyvan və bitki zülallarının tərkibindədir: yumurta, ət, süd, qoz və s. 


Bu turşu orqanizmin 80% biokimyəvi reaksiyalarında  vacibdir. Amma bəzi elmi mənbələrdə bildirilirdi ki. insan və heyvanı qocaldan və kökəldən də elə bu turşudur. 


Elmi rəhbər Ceyson Lokazel bağırsaq xərçəngi və sarkomaya yoluxdurulmuş siçanlar üzərində müalicəvi pəhrizi sınayıb.


Onlara məhz bu metionin turşusu az olan dieta təyin edilir. Alim bildirir ki, metionin şiş hüceyrələrini artıran bioloji prosesdə təkanverici rol oynanır. Məhz bu dietadan sonra siçanlara xərçəngə qarşı müalicə metodları effekt verməyə başladı və şiş kiçildi. 


Belə ki, metionin defisiti zamanı şiş hüceyrələri aclıq keçirir, böyümür, qidalanmır, zəifləyərək kimyaterapiya və şüa müalicəsinə boyun əyir. 

Hələ ki, Lokazel bu nəticələri müalicədə tətbiqə tələsmir və bunun xəstələr üzərində kliniki tədiqaqıtının aparılmasını labüd sayır.