Bu ürək xəstələrinin xərçəng olma riski var – KARDİOLOQLAR

  • 2019.11.04 18:43
  • 4949 Baxış
Bu ürək xəstələrinin xərçəng olma riski var –  KARDİOLOQLAR

Amerikanın Mayo klinikası 10 illik tədqiqatlarının nəticəsində ürək-damar patologiyası ilə xərçəng xəstəliyinin inkişafının əlaqəsini təyin ediblər.


Medicina.az xəbər verir ki, 488 nəfər pasiyent üzərində aparılan 10 illik müşahidələr göstərdi ki, daha çox endotelial mikrodamar disfunksiyası yüksək onkoloji xəstəlikləri riski olan insanlarda olur və ya əksinə bu ürək-damar problemi olanlarda sonradan xərçəng də aşkarlanır.


Bu xəstəlik ürək divarının kiçik damarlarının zədələnməsidir. Disfunksiya təzyiq, piylənmə, diabet, yüksək təzyiq fonunda əmələ gəlir. Əslində bu pozulmanı asanlıqla müalicə etmək olur, sadəcə erkən diaqnozu çətindir. 


Amerikalı kardioloqların hesabatında deyilir: Mikrodamar endotelial disfunksiyası varsa, pasiyentdə gələcəkdə xərçəng ola biləcəyini öncədən demək olar. Daha çox kişilərdə rast gəlinir.

 

Koronar arteriya xəstəlikləri, təzyiq və siqaret çəkmə bu xəstəliyi artırır və təbii ki, gələcəkdə elə bu xəstələrdə digər orqanların xərçəngi də aşkarlanır.