Damar tıxanmasını da antibiotiklə müalicə edəcəklər – ALİMLƏR

  • 18 İyun, 2019
  • 3422 Baxış
Damar tıxanmasını da antibiotiklə müalicə edəcəklər – ALİMLƏR
Son zamanlar insanların qəfil ölümünə səbəb damar tıxanması, aterosklerozun müalicəsi də asan deyil. 
Alimlər bu xəstəliyi də antibiotiklə müalicə etməyi sınayır.

Medicina.az xəbər verir ki, Kembric universitetinin alimləri təsadüfən aşkar ediblər ki, miotçiklin dərmanı arteriyaların divarların kalsium çökməsinin qarşısını alır. 

Yaşlandıqca kalsiumun arteriyalarda toplanması sürətlənir, xüsusən diabet və dializ xəstələrində daha çox aşkarlanır. 
Bu prosesdə əsas rolu ADF riboza fermenti polimeraza oynayır. 

Tədqiqatlar göstərib ki, ADF kalsium ionları ilə birləşib, nəhəng konqlameratlar əmələ gətirir. Bu proses sümüklər üçün faydalıdır, amma damarları sıradan çıxardır. 

Nəticədə damarlarda kalsium duzları toplaşır, damarlar sərtləşir. Bu fermenti ingibit etmək üçün preparat axtarışında ikən bu antibiotikin belə bir effekt verdiyi aşkarlanıb. Hazırda bu antibiotik akne müalicəsində istifadə olunur. 
Siçanlar üzərində eksperimentlər göstərib ki, bu dərman damarların kalsifikasiyasına qarşı əla təsir göstərir.