Dəmir əskikliyinin səbəbləri, müalicəsi – FAYDALI MƏSLƏHƏTLƏR

  • 03 May, 2019
  • 10013 Baxış
Dəmir əskikliyinin səbəbləri, müalicəsi – FAYDALI MƏSLƏHƏTLƏR
 Bədənimizdə vitaminlər yetəri qədər olmadıqda fiziki gücsüzlük və daha böyük fəsadlar ortaya çıxır. Orqanizmdə xüsusilə dəmir kifayət qədər olmayanda müəyyən problemlər yaranır. Bəs dəmir əskikliyinin qarşısını almaq üçün nə etməliyik? Dəmiz çatışmazlığının əlamətləri nələrdir? Bu problemi aradan qaldırmaq üçün nə etməliyik?
 
 Medicina.az sözügedən problemlə bağlı bütün suallarınıza cavablandırmağa kömək edəcək.

 Dəmir çatışmazlığının səbəbləri:

 Dəmir əskikliyinə adətən dietada olmaq və yaxud digər nüanslarara görə az qida qəbul etmək, hamiləlik, bağırsaq xəstəlikləri, həddindən çox qan itirmək səbəb olur. Dəmir çatışmazlığı insanda yorğunluq hissinin çoxalmasına, insanların gündəlik həyat səviyyələrinin aşağı düşməsinə gətirib çıxarır.

 Dəmir çatışmazlığını necə bilmək olar?
Dəri solğunluğu, orqanizmdə gücsüzlük, yorğunluq, diqqət toplaya bilməmək, baş ağrısı, əl və ayaqlarda keyləşmə, əsəbilik, dodaqlarda çatlar və ağızətrafı yaralar, dırnaqların tez qırılması, saçlarda tökülmə, çox üşümə, ayaqlarda qıcolma kimi vəziyyətlər dəmiz azlığından xəbər verir.

 Dəmir azlığının müsbət təsir edən qidalar.

Yağsız ət yeyin: Dəmir çatışmazlığı simptomlarını özünüzdə tapdınızsa, menyunuza yağsız ət əlavə edin.

Səbzələri buxarda bişirin: buğlanma prosedurunda qidaların tərkibində olan dəmir elementi çoxalır. Sadəcə, tərəvəzlərin çox bişməməsinə diqqət edin. Çünki tərkibində olan bütün faydalı maddələr öz keyfiyyətini itirə bilər.

C Vitamini qəbul edin: C vitamini və ya Askorbin turşusu  əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70-100 mq-dır. Ağbaş kələmdə 25-60, kartofda – 5-50, pomidorda – 20-40, limonda – 55, itburnuda – 450 mq C vitamini var. Tərkibində dəmir və C vitamini olan qidalar ikisi bərabər qəbul olunsa, daha effektli olar.


Daha çox B vitamini qəbul edin: B qrupu vitaminlərinə çoxlu vitaminlər (B1, B2, B6, B12) daxildir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. By orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.

Siqaret çəkməkdən uzaq durun: Siqaret kimi pis vərdişlər sağlamlığınız üçün hərtərəfli zərbədir. Əgər bu vərdişinizi tərgitsəniz, sağlamlığınıza daha tez qovuşa bilərsiniz. Həzm sisteminizi yaxşılaşdırın: dəmirin orqanizmdə mənimsənilməsi xlorid turşusu vasitəsi ilə asanlaşır. Həzm sisteminiz düzgün işləsə, orqanizminiz, qəbul etdiyiniz qidaların tərkibindəki dəmirin 20%-ni əmər. Həzm sistemində problemlər varsa, mütləq həkimə müraciət edin.

Bəhməz qəbul edin: Üzüm, xurma, tut, əncir, kimi meyvələrin qaynadılmasıyla əldə olunan bəhməzin faydaları saymaqla bitməz. Çox yaxşı antioksidant olan bəhməz eyni zamanda qan azlığını aradan qaldıran qidaların arasında ən önəmlisidir. Ürək və damar xəstəlikləri riskini azaldır, beynin və bədənin inkişafına yardımçı olur. Quru öskürəkdən, boğaz ağrısından, bronxit və soyuqdəymədən, mədə və xora xəstəliyindən əziyyət çəkənlərə də bəhməz yemək məsləhət görülür. Bəkməz iştaha artırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi də istifadə oluna bilər. Bəhməzin tərkibində qan hüceyrələrini artıran maddələr olduğundan anemiyaya qarşı ən yaxşı mübarizə üsuludur.

Süd və süd məhsulları qəbul edin: Dəmir çatışmazlığı həddindən çox olan adamlar süd, qatıq, yoğurt və ayran kimi kalsium mənbəyi  qidaları daha çox qəbul etsin.