Dişi çəkiləndən sonra ölən yeniyetmə ilə əlaqədar cinayət işi açıldı

  • 06 Noyabr, 2019
  • 3249 Baxış
Dişi çəkiləndən sonra ölən yeniyetmə ilə əlaqədar cinayət işi açıldı
Özəl klinikalardan birində yetkinlik yaşına çatmamış uşağın dişinin təhlükəsizlik qaydalarına əməl olunmadan aparılması və ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb.

Medicina.az xəbər verir ki, Moskvada klinikaların birində yeniyetmənin dişi çıxarıldıqdan sonra halı pisləşib. Sabahı yenə həmin klinikada həkimə göstərilən oğlan 1 ay sonra güclü qanaxmadan xəstəxanaya aparılır. Reanimasiyaya yatırılsa da usağı xilas etmək mümkün olmayıb.

Məhkəmə tibbi ekspertiza ölümün səbəbini araşdırır. Çox güman ki, diş çəkilərkən üz-çənə sistemində iri damarlardan biri zədələnib.