Dizləri ağrıyan qadınlar kişi kimi otursun – Ortopeddən maraqlı MƏSLƏHƏT

  • 2019.11.22 17:05
  • 3353 Baxış
Dizləri ağrıyan qadınlar kişi kimi otursun –  Ortopeddən maraqlı MƏSLƏHƏT
Çanaq və diz oynaqlarında ağrılardan əziyyət çəkən qadınlar kişilər kimi oturmağa çalışmalıdır, yəni ayaqlar bir qədər bir-birindən aralı.

Medicina.az xəbər verir ki, Texas ştatının ortopedi Barbara Berdjin bu barədə "Kişilər kimi əyləşmək” kitabını da yazıb.


O qeyd edir ki, oynaq ağrılarından əziyyət çəkənlərin 80%-i qadınlardır. 


Qadınların vərdiş etdiyi dizləri bir-birinə sıx və ya ayağı ayağın üzərinə aşırıb oturması xroniki ağrıları daha da kəskinləşdirir, həmin oynaqları saxlayan əzələlərə yük salır.

 


Bu baxımdan kişilər daha rahat və uyğun pozada əyləşir. Ayaqlar və dizlər bir-birindən aralı, hər iki daban  döşəməyə bərk sıxılıb, bədən balanslaşdırılmış vəziyyətdədir. 

Əzələ, oynaq və bağlara güc düşmür. Ona görə bud, çanaq, diz ağrıları olan qadınlar kişilərə baxıb onlar kimi əyləşməyə çalışsınlar.