Doğuş zamanı yoluxduğu bakteriya qadını yeyib-gəmirdi – Ətyeyən virus kabusu

  • 2019.05.30 16:00
  • 18764 Baxış
Doğuş zamanı yoluxduğu bakteriya qadını yeyib-gəmirdi  – Ətyeyən virus kabusu
 ABŞ-da hər il "ətyeyən baklteriya”ya 1200 nəfər yoluxur. Həmin virus daşıyıcılarının 30 faizi sonda həyatını itirir. Olduqca ağrılı və əzablı xəstəlik dövrü kabus adlandırılır. Bu zaman periodundan keçən talesiz insanlardan biri də 35 yaşlı Lindsey Hubley olub.

Medicina.az xəbər verir ki,  Kanadada yaşayan qadın 2017-ci ilin martında bir oğlan uşağı dünyaya gətirir. O övladına Myles adını verir. Qadın doğuşdan 4 gün sonra özünü daima halsız hiss edirdi. Halsızlıq get-gedə artır, titrətmə, qarın və baş ağrısı kimi əlamətlər biruzə verirdi.

Xəstəxanada müayinələrin nəticəsi qorxunc oldu-ətyeyən bakteriya.

Qadının bu virusa doğuş zamanı yoluxduğu öz təsdiqini tapır. Belə ki,  doğuş zamanı ciftin bir hissəsi daxildə qalması və vaginal yırtığın tikilməsi səbəbi ilə infeksiya orqanizmə düşüb.

İrəliləyən prosesdə qadının bədənində deformasiyalar meydana gəldi. Nəticədə isə qolları və ayaqları əməliyyatla kəsilir. Lindsey Hubley aylarla davam edən müalicədə dözülməz ağrılarla mübarizə aparıb. 420 gün xəstəxanada qalan Lindsey analıq öhdəliklərini yerinə yetirməyə çalışsa da övladı ilə sağlam münasibət qurmaqda çətinliklər yaşadı. Müalicə ərəfəsində qadının ən böyük dəstəkçisi ailəsi olub.

İnfeksiyanın sürətlə yayıldığı ərəfədə barmaqlarının yavaş-yavaş çürüdüyünün şahidi olur. Lindsey Hubley 17 fərqli dərmanla müalicə edilir, 32 dəfə bıçaq altına girib. Müalicəsi hələ də davam edən qadın bəzi dərmanları ömrünün sonuna kimi istifadə etmək məcburiyyətindədir.

Qeyd edək ki, infeksiya qapan insanlarda qızartı, ağrı müşahidə edilir. İkinci mərhəldə baş gicəllənmə, qusma, qabarma, dərinin rəngdində dəyişiklik qeydə alınır.