Dünyada ağız boşluğu xəstəlikləri yayılır – Dodaq və dil xərçəngi riski

  • 2019.07.22 15:55
  • 17928 Baxış
Dünyada ağız boşluğu xəstəlikləri yayılır –  Dodaq və dil xərçəngi riski
Ağız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız içi, dil xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-I, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayilmış onkoloji xəstəliklər siyahısındadır. 


Medicina.az xəbər verir ki, dünya alimləri insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımi səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamayınca vəziyyət daha da pisləşəcək.


"İnsanlar hələ də başa düşmür ki, ağız işi də digər orqanlar kimi bir orqandır və ağır xəstəlikləri insan üçün təhlükəli və ölümcül ola bilər. Ağız  içində təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə”. 


Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalılığına görə 3-cü yerdə durur. Diş və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir. 

Eləcə də alimlər qida istehsalçılarını insanların diş və damağını sıradan çıxaran yüksək şəkər tərkibli qida və içkiləri çox istehsal etməkdə qınayıb. 


Dişləri qorumaq və profilaktika üçün saqqız, diş məcunu və məhlulların reklamından başqa birşey düşünülmür. Hansı ki, bunlar problem yaradan səbəblər deyil. İnsanlar dişləri məhv edən daha real səbəblərlə mübarizə aparmalıdır.