Düzəltdirdiyi protezlərdən narazı qoca stomatoloqu bıçaqla yaraladı

  • 2019.07.13 15:47
  • 7140 Baxış
Düzəltdirdiyi protezlərdən narazı qoca stomatoloqu bıçaqla yaraladı
Paytaxt klinikalarının birində 78 yaşlı kişi bıçaqla stomatoloq-ortopedin üzərinə hücum edib.  


Medicina.az xəbər verir ki,Moskvada təqaüdçü qoca bir müddət əvvəl həkimdə protez dişlər düzəltdirib, lakin dişlərindən narazı qalıb. Dəfələrlə bunu həkimə desə də həkim işində səhv olmadığını bildirib.


Bundan sonra kişi klinikanın yanında həkimi güdərək izləmiş və klinikadan çıxdıqda üzərinə gedərək doş qəfəsindən bıçaqla zərbə endirmişdir. Özünü itirən həkimə yenidən zərbə endirmək istəyən qocanı klinikanın əməkdaşları saxlayıb.


Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq gedir.