Çəkisi 40 kq olan 19 yaşlı qıza təcili böyrək köçürüldü - Donor gənc anası olub

  • 2019.08.05 15:27
  • 11207 Baxış
Çəkisi 40 kq olan 19 yaşlı qıza təcili böyrək köçürüldü -  Donor gənc anası olub
Ağır vəziyyətdə klinikaya müraciət edən pasiyent üzərində böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində uğurla həyata keçirilib. Donor xəstənin 40 yaşlı anası olub.

 

Medicina.az xəbər verir ki, əməliyyatı icra edən uroloq, transplantoloq cərrah Rəşad Şolan bildirib ki, xəstə son zamanlar yemək belə yeyə bilmirmiş. 


"Uzun müddət xroniki böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi hemodializ seansları qəbul edən gənc qızda bu səbəbdən kaxeksiya inkişaf etmişdir. Maddələr mübadiləsinin pozulması səbəbindən, orqanizmdə ümumi zəiflik fonunda, son zamanlar yemək belə yeyə bilməyən xəstədə proqressiv arıqlama baş vermiş, çəkisi 40 kq olmuşdur.

 

Təcili böyrək köçürülməli idi. Komandamızın əməyi sayəsində bu əməliyyatı da uğurla icra etdik. Köçürülmüş böyrək normal fəaliyyət göstərməyə başladı. Pasiyentin çəkisində ciddi yaxşılaşmanı müşahidə etdik" deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN qeyd edib.

Çəkisi 40 kq olan 19 yaşlı qıza təcili böyrək köçürüldü -  Donor gənc anası olub
Çəkisi 40 kq olan 19 yaşlı qıza təcili böyrək köçürüldü -  Donor gənc anası olub