Əlil uşaqlar və valideynləri üçün xüsusi təlimlər keçirildi – Autizm, daun, Landau, Optiz sindromu olanlara dəstək

  • 2019.07.15 19:01
  • 6991 Baxış
Əlil uşaqlar və valideynləri üçün xüsusi təlimlər keçirildi –  Autizm, daun, Landau, Optiz sindromu olanlara dəstək
 Artıq 2 aydır ki, Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının dəstəyi ilə "Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihə həyata keçirilir.

"Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi tərəfindən keçirilən layihənin əsas məqsədi  müxtəlif növ  xəstəliklərdən (əqli, fiziki,davranış, ünsiyyət, nitq və s.) əziyyət çəkən əlilliyi olan uşaqların funksional bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə adoptasiyasının təmini üçün  icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsidir.

Medicina.az xəbər verir ki, layihə çərçivəsində əlil övladı olan ailələrə sosial yönümlü və uşaq inkişafı sahəsində təlimlərin keçirilmişdir.

Təlimlər Bakı Dövlət Universitetinin professoru Mayıs Əliyev və "Autizmlilərin idman klubu” ictimai birliyinin idarə heyətinin üzvü və koordinatoru İlham Osmanlı tərəfindən aparılmışdır. 

Təlimlərin 1-ci hissəsi ailələri maraqlandıran sosial yönümlü mövzulara və müxtəlif diaqnozlarıın(autizm, san flippo,şutuqer weber, kolondie, daun,landau klefner,şarko–marie-tuta, rett, west, optiz sindromu və s.) izahına  həsr olunmuşdur. Təlimin 2-ci hissəsi ailələrin tək-tək sosial problemlərinin həlli, uşaqların fərdi şəkildə dəyərləndirilməsi, onların poqramlarına baxış və valideynlərə tövsiyə  xarakterli olmuşdur. 

Layihənin keçirilməsində göstərdikləri dəstəyə görə ictimai birliyin idarə heyətinin sədr və üzvləri Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasına təşəkkür etmişlər.