Əncir çəyirdəyinə Quran surəsi yazdı – Türkiyəli heykəltaraşdan möcüzə

  • 2019.05.06 15:39
  • 15300 Baxış
Əncir çəyirdəyinə Quran surəsi yazdı –  Türkiyəli heykəltaraşdan möcüzə
 Dünyada tanınan 3 mikro-heykəltaraşdan biri olan türkiyəli Necati Korkmaz möhtəşəm əsərlər ortaya çıxardıb. Belə ki,  əncir çəyirdəyinə hörümçək toru sapı ilə İxlas sürəsini yazıb. 

Medicina.az məlumatı Türkiyə mətbuatına istinadən təqdim edir.

Böyük zəhmət və səbr tələb edən iş 6 aya başa gəlib. Korkmaz deyib ki, 30 ildir əzmlə, sevgi ilə düzəltdiyi əsərlərin bənzərini dünyada heç kim hazırlamayıb. Lakin 400 il əvvəl xəttat Seyyid Qasım düyü dənəsinə ixlas sürəsini yazıb.

Ondan ilhamlanan mikro-heykəltaraş daha kiçik ölçüdə yazacağına qərar verib. 

Necati Korkmaz: İstifadə etdiyim fırça, 0.02 mm ölçüsündə hörümçək torundan hazırlanıb. Yaranan kiçik xətaları isə arı iynəsi ilə düzəltdim. 6 ay müddətində 100 dəfədən çox yazım pozulub. Səbr etdim, təkrar-təkrar cəhd etdim, sonunda alındı”. 

Qeyd edək ki, bundan başqa N.Korkmaza məxsus mikro ölüçlü 40 əsər var. Heykəltaraşın saç telinə yazdığı bismillah və digər əl işləri isə dünyanın ən kiçik əsərləri sıyahısındadır.