Ərinin qulaq tüklərini təmizləmək istədi - İKİSİ DƏ YANDI

  • 04 May, 2019
  • 15675 Baxış
Ərinin qulaq tüklərini təmizləmək istədi - İKİSİ DƏ YANDI
 Türkiyənin Bursa şəhərində faciə baş verib.
 
Medicina.az xəbər verir ki, bir qadın iflic olan həyat yoldaşının üzünü təraş edən zaman, qulaq tüklərini yandırmaq istəyib. Lakin ehtiyastızlıqdan kişinin saçı alışıb. Daha sonra yatağı bürüyən alov qısa zaman ərzində evi cənginə alıb. Qadının qolları və üzü, həyat yoldaşının isə bədəninin 80%-i yanıb. Qonşuların köməyi ilə əraziyə tibbi yardım və yansöndümə briqadası cəlb olunub. Xəstəxanaya aparılan ər-arvadın vəziyyətlərinin normal olduğu açıqlanıb. Lakin evləri tamamilə yarasız hala düşüb.
 

 
 
Ayna Məmmədova
Medicina.az