Evdə doğuş faciəsi: ana və körpəsi öldü

  • 2019.06.14 11:12
  • 5466 Baxış
Evdə doğuş faciəsi:   ana və körpəsi öldü
Qusardakı evlərdən birində ana və yeni doğulan körpəsinin meyiti tapılıb.


 

Qusar hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadisə Suvacal kəndində baş verib.

Kənd sakini 27 yaşlı Emma Ağamuradova gecə saatlarında qaldığı evdə uşaq dünyaya gətirdikdən sonra qanaxmadan ölüb.

Məlumatlara əsasən, E.Ağamuradova heç bir xəstəxanada qeydiyyatda olmayıb və doğuş zamanı huşunu itirib. Körpə də dünyaya ölü gəlib.

Səhər yuxudan oynanan əri yoldaşı və yeni doğulan körpənin meyitini aşkarlayıb.


 

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Evdə doğuş faciəsi:   ana və körpəsi öldü