Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar – Həkimlər naəlacdır

  • 24 İyun, 2019
  • 20270 Baxış
Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar – Həkimlər naəlacdır
Sanki tilsimlənmiş kimi həyat sürən 2 pakistanlı qardaş Əhməd və Əbdül Rəşid ölkələrində həm insanların, həm də həkimlərin maraqla qarşıladığı insana çevriliblər.

Medicina.az xəbər verir ki, gündüzlər normal həyat sürən uşaqlar gecə düşən kimi iflic olub, sanki ölürlər. Heç bir hərəkət edə bilmirlər.
Gündüzlər məktəbə gedən, dərslərini oxuyan oğlanlar qaş qaralandan günəş çıxanadək hərəkət qabiliyyətini itirir.

Əyalətlərində "günəşin uşaqları” ləqəbi qoyulan qardaşların vəziyyəti ilə yerli qurumlar, nüfuzlu həkimlər maraqlanıb və onların müalicəsi ilə məşğul olurlar.
Amma xəstəliyin dəqiq səbəbi tapılmır və hələ ki, müalicələr də effektsizdir. 

Oğlanlar taleləri ilə barışırlar. Onlar şükür edir ki, bu hal gecələr baş verir. Uşaqlar böyüyəndə müəllim və alim olmaq arzusundadırlar. Həkimlər onların müalicəsi üçün dünyanın qabaqcıl xəstəxana və alimlərindən təkliflər gözləyir.